Mənim adım Vətəndir kitabının təqdimatı olub

AZADİNFORM. Ağcabədidə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Afət Viləşsoyun “Mənim adım Vətəndir” adlı kitabının təqdimatı keçirilib. 

Azadinform xəbər verir ki, tədbirdə Ağcabədi rayon Heydər Əliyev mərkəzinin direktoru Məhsəti Musa, şair Gündüz Sevindik, “Aran” qəzetinin əməkdaşı Adil Misirli, Bakıdan şair İlqar Türkoğlu, Gülnar Səma, filologiya üzrə fəlsəfə doktoru, şair Bilal Alarlı və Ağcabədi Pedaqoji kollecinin tələbələri iştirak ediblər.  

Bilal Alarlı bildirib ki, şeir və hekayələrdən ibarət bu toplu Afət Viləşsoyun özünə və oxucularına hesabatıdır. Kitaba ön sözü filologiya üzrə fəlsəfə doktoru Sevinc İsa qızı Muğanna, sözardını isə Prezident təqaüdçüsü Şəfa Vəli yazıblar. 

Afət Viləşsoyun sayca yeddinci olan bu kitabında Vətən sevgisindən bəhs edən şeirlər yer alıb. Bu sırada müəllifin “Cəbhələrdə”, “Bəxtinə köçkünlük yazılanlar”, “Məni sipər edin ayrılıqlara”, “Torpaq”, “Vətənə xor baxanlara” və şeirləri də var. Tədbir iştirakçıları bu şeirləri vətənpərvərliyə çağırış kimi qiymətləndiriblər. 

Adil Misirli Afət Viləşsoyun qadın yazarlar arasında imzasının müsbət mənada fərqləndiyini vurğulayıb.  

Qeyd edək ki, Yazıçılar Birliyinin üzvü, Bakı Dövlət Universiteti və "Gənc istedadlar" liseyinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Afət Viləşsoy 7 bədii kitab və 10-dan çox elmi əsərin müəllifidir. O, 2011-ci ildə gənc yazar olaraq Prezident təqaüdünə layiq görülüb.

14.05.2019 13:25 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo