Kiçik otaqların dekorasiyasında edilən səhvlər

Aygün Nəbiyeva / AZADİNFORM. Balaca bir evə sahibsinizsə, görüntüsünü dəyişə bilərsiniz. Amma bu zaman bir az diqqətli olmaq lazımdır. Çünki araşdırmalar göstərir ki, bir çox insan kiçik otaqlara dəyişiklik edərkən səhvlərə yol verir.

Azadinform həmin araşdırmanı təqdim edir:

Rənglərə yol verməmək

Bəzi insanlar açıq, parlaq rənglərin kiçik otaqlara uyğun olmadığını düşünür. Mütəxəssislər isə bunun tam əksinə olduğunu bildirirlər. Otağın atmosferini ortaya çıxartmaq və daha çox diqqət çəkmək üçün parlaq rənglərdən ibarət dekorasiya yarada bilərsiniz.

 

Rəflərdən istifadə etməmək

Kiçik otaqlarda yer olduqca dar olduğundan bunun yerinə divarlardan faydalana bilərsiniz. Belə ki, divarlara quraşdırılan rəflər kitablarınızı, dekorativ əşyalarınızı və qoymağa yer tapmadığınız bir çox şeylər üçün yaxşı seçim olacaq.

 

Çox kiçik xalça seçimi

Kiçik otaqlar hazırlanarkən edilən yanlışlardan biri də insanların otağa nələrin yerləşdirilməli olduğunu bilməmələridir. Üzərində doğru seçilmiş mebellər olan daha böyük bir xalça sayəsində diqqətinizi otağın müəyyən bir yerinə çəkə bilərsiniz.

 

Səhv mebel seçimi

Səhv mebel seçimi, insanların kiçik otaqlarda etdikləri səhvlərdən biridir. Araşdırmalar göstərir ki, ilk görməli olduğunuz iş sizə lazım olan mebeli seçmək və istifadə etmədiyiniz hər şeydən qurtulmaqdır.

 

Lampalara yer verməmək

Lampalar otağı işıqlandırmaqla yanaşı, onu daha geniş göstərəcək. Ayaqda duran böyük lampa seçməkdən və ya ətrafa daha çox lampa yerləşdirməkdən çəkinməyin.

 

Yatağı yanlış yerə qoymaq

Kiçik bir yataq otağınız varsa, əvvəlcə yataq otağının dincəlmək üçün istifadə edildiyini unutmayın. Mütəxəssislər qeyd edirlər ki, öncəliklə etməli olduğunuz ilk şey yataq üçün düzgün yeri seçməkdir.

14.05.2019 13:08 / Baxılıb: 215 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo