Lökbatan dairəsindəki sıxlıq nə vaxt aradan qaldırılacaq? Açıqlama

Aygün Nəbiyeva / AZADİNFORM. Lökbatan dairəsi yaxınlığında demək olar ki, hər gün sıxlıq müşahidə olunur. Dairədən qəsəbələrə doğru hərəkət edən avtobuslar, taksilər, yük nəqliyyat vasitələri və s. bu ərazidən keçir. Bakıdan rayonlara sərnişin daşıyan avtomobillərin burada müştəri üçün dayanması da əlavə sıxlığın yaranmasına səbəb olur.

 

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Azadinform-a açıqlama verib.

N. Allahyarova bildirib ki, DANX həmin ərazidə nəqliyyatın axınına mane olan yük avtonəqliyyat vasitələrinin, qeyri-qanuni daşımalar icra edən şirkətlərin avtobuslarının da sıx şəkildə orada toplanmasının qarşısını almaq, yol infrastrukturunda nəqliyyat axınının istiqamətini daha da rahatlaşdırmaq üçün aidiyyəti qurumlara təkliflər verib:

“Burada yol infrastrukturu ilə bağlı çox müxtəlif layihələr icra olunacaq. Hesab edirik ki, bununla da həmin ərazidə yüklənmə tamamilə aradan qaldırılacaq. DANX bunu Dövlət Yol Polisi ilə birgə tədbirlər çərçivəsində edəcək. Çünki qeyri-qanuni daşımaların oradan tamamilə yığışdırılması yalnız birgə reydlər nəticəsində mümkündür. Həmin istiqamətdə nəqliyyat axını ilə yanaşı, sərnişinlərin də təhlükəsizliyi təmin ediləcək”.

14.05.2019 11:19 / Baxılıb: 365 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo