I və IV ixtisas qrupları üzrə test tapşırıqlarının izahı DİM-in saytında yerləşdirilib

Adəm Abbaslı/AZADİNFORM. I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün mayın 12-də keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib. Abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Azadinform-a bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində > “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/ ).

14.05.2019 10:28 / Baxılıb: 387 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo