Belçikada Prezident İlham Əliyevə dəstək aksiyası keçirilib

Adəm Abbaslı/AZADİNFORM. Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə  Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirilib. Aksiyanın əsas təşkilatçısı Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Azadinform-a verilən məlumata görə, dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar. 

Bildirilir ki, Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində belə bir aksiyanın keçirilməsində məqsəd bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətlərində kök salan ikili standartlara etiraz etmək, ölkəmizin demokratik prinsiplərə hərtərəfli yiyələndiyini bir daha diqqətə çatdırmaqdır. 

Qeyd edək ki, aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmişsiniz”, “Cənab Prezident, Sizi salamlayırıq” və s. kimi şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər. Onlar azərbaycanlı olduqları ilə fəxr etdiklərini bildiriblər.

Xatırladaq ki, diaspor təşkilatlarının rəhbərləri və üzvlərinin çıxışlarında Azərbaycanın hər zaman ümumbəşəri dəyərlərə hörmətlə yanaşdığı, Avropa ölkələri ilə Azərbaycanın dostluq münasibətlərinin daim inkişaf edən xətlə getdiyi, gündən-günə daha da dərinləşdiyi diqqətə çatdırıb, bütün bunlar ölkəmizin böyük uğuru kimi qiymətləndirilib. Aksiya iştirakçıları bundan sonra da ölkə başçısına daim dəstək olacaqlarını bəyan ediblər. 

Qeyd edək ki, aksiya Brüsselin məşhur Şuman meydanı yaxınlığında keçirilib.

14.05.2019 09:50 / Baxılıb: 267 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo