Azərbaycanı avrokuboklarda təmsil edəcək növbəti komanda bəlli olub

AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi müəyyənləşib.

Azadinform xəbər verir ki, final matçında Sumqayıtın "Uğur" və Qusarın "Şahdağ" komandaları üz-üzə gəlib.

"ASCO Arena"da keçirilmiş görüş "Uğur"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisinin heyətində 83-cü dəqiqədə Vüsal Bayımov, 90+6-cı dəqiqədə isə Vüqar Nadirov fərqlənib. 

Bu nəticədən sonra "Uğur" ardıcıl ikinci mövsüm Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil etməyə haqq qazanıb.

Qeyd edək ki, "Uğur" ötən mövsümdə də Region Liqasının qalibi olub. 

13.05.2019 19:28 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo