270 kiloqramlıq yararsız inək əti müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri və rayon prokurorluğunun əməkdaşları ilə birgə Bərdə şəhərində keçirdiyi tədbir zamanı pozuntu aşkarlanıb. 

DİN Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, şəhər sakini Ə.Məmmədovun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan öldükdən bir müddət sonra başı kəsilib, 270 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb. 

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır.

13.05.2019 15:27 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo