Cəlilabadda baş verən hadisə ilə bağlı rəsmi açıqlama

Aygün Nəbiyeva / AZADİNFORM. Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, 1955-ci il təvəllüdlü Ağayar Nəsirovun iş yerindəki otağından meyiti aşkar edilib. İlkin məlumatlara görə, Muzey direktorunun ürəktutmasından vəfat etdiyi bildirilir. Lakin onun qohumları mərhumun ölümündə şübhəli məqamlar olduğunu iddia edirlər.

Məsələ ilə bağlı Azadinform-un sorğusuna cavab verən Daxili İşlər Nazirliyinin Mətbuat xidməti rəisinin müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, ilkin müayinə zamanı Ağayar Nəsirovun beyninə qan sızmasından dünyasını dəyişdiyi müəyyən olunub: “Məsələ ilə bağlı rayon Prokurorluğunda araşdırma gedir. Qeyd etdiyim kimi, dünən axşam saat 23 radələrində üzərində heç bir zorakılıq əlamətləri olmayan meyit aşkar edilib. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları -  Polis və Prokurorluğun əməkdaşları, mütəxəssisləri gəlib. İlkin müayinə zamanı həmin şəxsin beyninə qan sızmasından dünyasını dəyişdiyi müəyyən olunub. Faktla bağlı rayon Prokurorluğunda araşdırma gedir”.

13.05.2019 13:23 / Baxılıb: 146 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo