Tarkan qızının şəklini paylaşdı - FOTO

Aygün Nəbiyeva / AZADİNFORM. Tarkan sosial mediadan anası və həyat yoldaşının “Analar günü”nü təbrik edib.

Azadinform Türkiyə mediasına istinadən xəbər verir ki, anası ilə fotosunu paylaşan Tarkan “Canım anam... nə cəfalarla, çətinliklərlə və fədakarlıqlarla böyütdün övladlarını. Haqqın ödənməz. Daha neçə sağlam və hüzurlu Analar gününə birlikdə, inşallah. Səni çox sevirəm. Bütün anaların da Analar gününü bütün qəlbimlə təbrik edirəm” - deyə, yazıb. Daha sonra isə həyat yoldaşı Pınar Tevetoğlunu da təbrik edən müğənni, “Səni unutduğumu düşünmə, Pınarım. İlk Analar günün mübarək! Mən və Liya səni çox sevirik” şərhini yazıb.

13.05.2019 12:34 / Baxılıb: 103 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo