Biz Bakıda Mxitaryanla oynamaq istəyirik

“Bütün futbolçularımızın Bakıda ixtiyarımızda olması üçün əlimizdən gələni edəcəyik. Biz Mxitaryanla oynamaq istəyirik. O, “Bernli” ilə qarşılaşmada yaxşı çıxış etdi”. 

Azadinform qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib. İspaniyalı mütəxəssis Avropa Liqasının Bakıda keçiriləcək final matçında ermənistanlı futbolçusu Henrik Mxitaryanın da xidmətindən yararlanmaq istəyir: “Bu, siyasi məsələ olduğundan, həllinin necə mümkün olacağını deyə bilmərəm. Əlimdə deyil və vəziyyəti tam başa düşmürəm. Problem iki ölkə arasındadır. Biz əlimizdən gələni edəcəyik. Sadəcə, tək problem bu deyil”. 

Emeri final oyununun Bakıda keçilməsinə də münasibət bildirib. Məsələyə müsbət yanaşmayan 48 yaşlı mütəxəssis uzun səfərin çətinliyini qeyd edib: "İngiltərəyə yaxın ölkələrdən birində oynamağa üstünlük verərdim. Finalda iki ingilis klubu oynayır. Görüş yaxında olsaydı, hər iki klubun daha çox azarkeşi olardı”. 

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda "Arsenal"la "Çelsi" qarşılaşacaq.

13.05.2019 12:08 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo