ABŞ və Çin prezidentləri görüşə bilər

Samir Soltanov/AZADİNFORM. İyunun sonunda Yaponiyada keçiriləcək G20 sammitində ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin görüşə bilər. 

Azadinform xəbər verir ki, bu barədə Trampın iqtisadiyyat üzrə müşaviri Larri Kudlov bildirib. ABŞ ilə Çin arasında davam edən ticarət müqaviləsi üzrə danışıqlarını dəyərləndirən L. Kudlov vurğulayıb ki, 2 ölkə rəsmiləri arasında görüşlər planlaşdırılır: “Yaponiyadakı G20 sammitində çox böyük ehtimalla prezidentlər bir araya gələcək”.  

Qeyd edək ki, G20 zirvəsi iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək.

13.05.2019 11:45 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo