Əsədin devrilməsinə əngəl olan Obama - Etiraf

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın sabiq prezidenti Barak Obama dövründə Pentaqonda müşavir köməkçisi vəzifəsində çalışan Endryu Exum maraqlı açıqlamalar verib. 

Azadinform xəbər verir ki, E. Exum 2015-ci ildə Bəşər Əsəd rejiminin hakimiyyətdən anidən devrilməməsi üçün ABŞ-ın Rusiya ilə danışıqlar apardığını bildirib: “O dövrdə Suriya məsələsində Rusiya ilə əməkdaşlıq etmək fikri Pentaqon tərəfindən qəbul edilmirdi. Lakin, birbaşa prezidentdən tapşırıq gələndən sonra əlimizdən gələni etməyə başladıq. Bu proses 2015-ci ilin yayında başlayıb. Pentaqon bizim Suriyada “destruktiv uğur” deyə qiymətləndirdiyimiz ssenari üçün qurumlar arası koordinasiyaya start verdi”.

E. Exum qeyd edib ki, Obama Əsəd rejiminin qəflətən devrilməsinin həm Suriyada qeyri-müəyyənliyə səbəb olmasından, həm də İsrailin təhlükəsizliyini təhlükəyə atılmasından narahat idi: “Buna görə, Obama Əsəd rejimi devrilməsin deyə Rusiya ilə təmasa keçilməsi ilə bağlı tapşırıq verdi. Nəticədə Əsəd rejimi devrilmədi”.

13.05.2019 10:50 / Baxılıb: 116 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo