DİM-in rəhbər şəxsləri rayonlarda vətəndaş qəbulu keçirəcək

Adəm Abbaslı/AZADİNFORM. DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Lənkəran, sədr müavini Namiq Babayev isə Masallı rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən Azadinform-a verilən məlumata görə, Lənkəran rayonunda keçiriləcək qəbulda Lənkəran, Astara və Lerik rayonlarının, Masallı rayonunda keçiriləcək qəbulda isə Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarının sakinləri iştirak edə bilərlər.

Hər iki qəbul 20 may 2019-cu il tarixində saat 12.00-da müvafiq olaraq Lənkəran və Masallı şəhərlərində yerləşən H.Əliyev Mərkəzlərində keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Lənkəran Regional Bölməsinə (Ünvan: Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 52) müraciət etmələri xahiş olunur. (əlaqə tel: +994 2525 52482).

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

13.05.2019 10:00 / Baxılıb: 247 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo