Ukrayna Azərbaycanlıları Radasının üzvləri Zabit Quliyevi ziyarət ediblər - Fotolar

AZADİNFORM. Ukrayna Azərbaycanlıları Radasının üzvləri Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumat əsasında Kiyevdə insult keçirən və hazırda  A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutunda müalicə olunan Azərbaycanın Milli qəhrəmanı Zabit Quliyevi ziyarət ediblər.

Azadinform xəbər verir ki, Z.Quliyevin ziyarətində  Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, Radanın Baş katibi Seyid Qədiməliyev və Ümumukrayna  Azərbaycanlıları Gənclər Təşkilatının sədri Damət Əsgərov iştirak edib.

Rada təmsilçiləri Milli qəhrəmanımızın saglamlığı üçün əllərindən gələn köməyi göstərməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında Z.Quliyev ciddi nəzarətə götürülüb.

Xatıladaq ki, Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.

12.05.2019 21:32 / Baxılıb: 863 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo