Bakıya kokain gətirən Braziliya vətəndaşı saxlanılıb

AZADİNFORM. Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Azadinform-a DGK-dan məlumat verilib.

Doha-Bakı aviareysi ilə gələn Braziliya vətəndaşı De Lima Medeiros Julio Cesarın baqajı rentgen aparatından keçərkən, monitorda şübhəli əşyaların təsviri görünüb. Bu səbəbdən vətəndaşın baqajına təkrar yoxlama keçirilib. Nəticədə qara rəngli çamadanın astarının altında, yan divarlarına yapışdırılan, ağ rəngli plastik materialdan hazırlanan təbəqənin arasından, gömrük nəzarətindən gizlədilən 12 ədəd alüminium falqada olan paketlər müəyyən edilib. Paketlərə ayrı-ayrılıqda baxış zamanı oradan ağ rəngli, toz şəklində qablaşdırılması ilə birlikdə ümumi çəkisi 2066 qram olan narkotik vasitə - kokain aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

11.05.2019 17:56 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo