Quba sakinindən marixuana və heroin götürülüb

AZADİNFORM. Mayın 10-da Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun 1-ci Nügədi sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Məzahir Ağammədov saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən Məzahir Ağammədovun üzərinə keçirilən şəxsi baxış zamanı ondan 400 qrama yaxın qurudulmuş marixuana və heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

11.05.2019 12:53 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo