Bir sıra mədəniyyət və incəsənət xadimlərinə Prezidentin fərdi təqaüdləri verilib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

 

Abdullayev Ağasəlim Sahib oğlu

Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu

İslamzadə Akif Qədir oğlu

Quliyeva Səidə Əbülfəz qızı

Mütəllimova Firəngiz Bəhər qızı

Nərimanova Zemfira Əli qızı

Rəhimli İlham Əziz oğlu.

 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

10.05.2019 18:36 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo