Paşinyanın qucağında oturanlara: Az qalıb... Səbuhi Məmmədli yazır

Əsil kloun özüdür ki var. Tam təsdiqin də tapar, azca araşdırsan. Olmur belə, olmur. Orduxanın, qeyri orduxanların bütün zəvzəkliklərinə bəlkə də qeyri-ciddi yanaşmaq olardı. Amma buna olmur. Çünki bu məxluq səfir titulu daşıyıb. Allah göstərməsin, guya diplomat imiş. 

 

Mən o mənfur skrinşotu paylaşmaq istəməzdim, düzü. Amma bu yazıya görə, xatırlatmağa məcburam. Paşinyanın Şuşaya səfərinin şəklini paylaşıb, ardınca da Azərbaycan ordusunu sıra addımlamasını kloun kimi FACEBOOK-da yaymağın bir adı var: hə, məhz erməni qucağında oturmaq.

Mən bilmirəm, bu dəqiqələrdə, bu anda Arif Məmmədov adlı bu məxluq hardadır, nə işlə məşğuldur, axı əslində bu mahiyyəti də dəyişməz. Çünki mahiyyəti etibarıyla bu adam illərdir siyasi kloun olaraq Avropanın bu, ya digər siyasi kuluarlarında gəzişib, dilənməklə məşğuldur. Bütün şərəf və ləyaqət meyarlarından məhrum olan bu adam üçün Azərbaycan dövləti və xalqı anlayışı yoxdur.

Bir vaxtlar nüfuzlu beynəlxalq təşkilatlarda təmsil etmiş, məlum olaylardan sonra isə geri çağırılmış sabiq səfir Arif Məmmədovu elə Arif Məmmədov edən bu gün onun kin püskürdüyü Azərbaycan dövləti olmayıbmı?

2015-ci ildən özünü hazırkı Azərbaycan hökumətinin əsas opponenti, Qərbdə Azərbaycan müxalifətinin carçısı kimi qələmə verən bu məxluq çox şeyi unudur. Onu Avropa karyerasını quran da bu gün xəyanət etdiyi Azərbaycan dövləti olub.


Bəs o nə edib?


Fikir verin, Məmmədov ailə güzəranını yaxşılaşdırmaq məqsədilə Azərbaycanın Avropa Şurası nəzdində nümayəndəliyinin vəsaitlərini həyasızcasına mənimsəyib. Səfir kimi geri çağırılandan sonra kiçik bir araşdırma bəs edib ki, bunlar müəyyən edilsin;

2007-ci ildə 4918 avro, 2012-ci ildə 15000 avro onu tərəfindən mənimsənilərək, guya Milli Məclisin Strasburqa səfəri (nəqliyyat xərcləri, rəsmi qarşılanma və s.) zamanı ödənilib. Sənədlərdə isə bütün bu xərclər Milli Məclisin öz büdcəsi hesabına ödənilməsi göstərilir.

Məmmədov 2010-cu ilin 30 martında TURKSOY təşkilatı ilə birgə Strasburqda Novruz bayramı münasibətilə keçirilmiş konsertə görə 11600 avronu mənimsəyir. Həqiqətdə isə konsert təşkilatın öz büdcəsinə həyata keçirilib.

2011-ci ildə o, Strasburqda şəxsi istifadəsi üçün BMW X5 markalı maşın əldə edir ki, bunu da nümayəndəliyin rəsmi maşını kimi sənədləşdirərək, bu sövdələşmədən 8237 avro qazanc əldə edir. Yəni belə faktları nə qədər desəniz sadalamaq mümkündür.

2013-cü ilin iyulunda o ,yenidən Brüsselə təyinat alır. Bu dəfə Azərbaycan Respublikasının hesabına İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki səfiri kimi. Amma az keçmir ki, iç üzü tamam açılır.

2015-ci ildə Məmmədov onun üçün bu qədər imkanlar yaradan Vətəninə xəyanət edərək, açıq şəkildə özünü Azərbaycan xalqının düşməni cərgəsinə keçdiyini bəyan edir.

Xaricdə işlədiyi müddətdə özünə evlər və maşınlar alır. Azərbaycan əleyhinə siyasi şoumenliyə başlayır. Və bəzən əndazəni elə aşır ki… Bir də ayılır, sən demə bilərəkdən, ya bilməyərəkdən Paşinyanın qucağında pərvəriş tapıb. Və görün vəziyyət nə hala çatıb ki, bu kloun diplomat 4 aprel kimi şücaətə nail olmuş Azərbaycan əsgərini belə aşağılamaqdan ləzzət alır. Və bu manyakı dəstəkləyən, onun paylaşımına dəstək verənlər də var təəssüf ki...

Arif Məmmədov üçün Vətən anlayışı yoxdur. Onun üçün əsas puldur. İrəvan sifariş etsə və ya bəlkə də artıq edib, o havaya belə oynamağa hazır olan birisi. Bu kimi tiplərin bir məntiqi var: təki pul gəlsin, vətən üçün pis də ola bilər. Bunun adı xəyanətdir. Xəyanətlərin isə cəzası var. Gec, ya tez. Və Azərbaycan dövləti də, xalqı da belələrinə hər zaman yerini göstərib.

Az qalıb…


Səbuhi Məmmədli

10.05.2019 18:23 / Baxılıb: 128 / Çap
 
Bu bölmədə
17.04.2019
Axına qarşı
 Xəbər lenti
23.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo