İmamoğlu: İşimiz asandır

Samir Soltanov/AZADİNFORM. “Mənim fərdə görə strategiyam yoxdur. Kürd də, AKP-yə səs verən də mənim bacı və qardaşlarımdır”. 

Azadinform xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyindən mandatı geri alınan Əkrəm İmamoğlu bildirib. O, qeyd edib ki, ümumilikdə 16 milyon İstanbul sakini mənim qardaş və bacılarımdır: “Bu yerli seçkidir, eyni zamanda Türkiyədə demokratiyanın əldə edilməsi üçün mübarizədir. İnsanların qucaq açması mənim üçün ən vacib şərtdir”.

Ə. İmamoğlu vurğulayıb ki, 23 iyunda keçiriləcək seçki ilə bağlı təbliğat-təşviqat kampaniyaları aparılacaq: “Bizim işimiz asandır. Rəqiblərimizlə işimiz yoxdur. Əsas məqsədimiz İstanbuldur. Şəhərin hər qəsəbəsini ziyarət edəcəyik. Gülər üzlə yaxşı bir rəhbərliyin İstanbula layiq olduğunu anlatacağıq”. 

10.05.2019 16:35 / Baxılıb: 155 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo