DİN 6-cı mikrorayonda baş verən qətllə bağlı məlumat yayıb

Samir Soltanov/AZADİNFORM. Daxili İşlər Nazirliyi mayın 9-da saat 23 radələrində Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində İ.Həşimov küçəsində baş verən qətllə bağlı məlumat yayıb. 

Nazirliyin Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Şərur rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 54-cü (intizam xarakterli hərbi hissədə saxlama), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 66-cı (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələrinə görə məhkum olunmuş H.Tağıyev münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə görə məhkum olunmuş E.Səfərova bıçaqla xəsarət yetirməsi və E.Səfərovun hadisə yerində ölməsi barədə 7-ci Polis Bölməsinə məlumat daxil olub. 

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 

Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən H.Tağıyev tutulub.

10.05.2019 13:50 / Baxılıb: 120 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo