Kənan Doğulu sükutu pozdu

Aygün Nəbiyeva / AZADİNFORM. Son zamanlar boşanacaqları iddia edilən müğənni Kənan Doğulu axır ki, səssizliyini pozaraq, deyilənlərə münasibət bildirib.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Beren Saat ilə evlərini ayırdıqları deyilən Kənan Doğulu belə açıqlama verib: “İnsanları maraqlandıran bir şey olarsa, biz açıqlama verərik, anons edərik, amma belə bir şey yoxdur. Bu, iki insan arasında olan şeydir. Beren çəkilişdədir və çox yorğundur. İstər-istəməz, hər neqativ xəbərlə dostlarımızı, ailəmizi, bizi üzürsünüz. Neqativ xəbərlərlə insanları üzməyin”.

10.05.2019 12:30 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo