2 milyard 300 milyon dollarlıq stəkan FOTO

Aygün Nəbiyeva / AZADİNFORM. Bütün dünyada maraqla izlənən “Game Of Thrones”un son seriyasında görünən “Starbucks” stəkanı reklam taxtına oturub.

Azadinform xaric mediaya istinadən xəbər verir ki, “Game Of Thrones”un keçən seriyasında qalmaqallı bir səhnə yer alıb. Keçmiş dövrlərdən bəhs edən serialın bir səhnəsində stolda məşhur qəhvə şirkəti olan “Starbucks”ın stəkanı görünüb. Görüntünün “səhvən” ortaya çıxdığı iddia edilsə də,  hər bir seriyasına 15 milyon dollar xərclənən serialda belə bir səhvə yol verilməsi heç də inandırıcı olmayıb.

Qeyd edək ki, media izləmə platforması “Critical Mention” serialda çox qısa bir anda görünən  stəkanın reklam dəyərinin 2.3 milyard dollar olduğunu açıqlayıb.

10.05.2019 11:50 / Baxılıb: 152 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo