Trampdan İrana müraciət: Mənə zəng etsinlər

Samir Soltanov/AZADİNFORM. “Biz nüvə müqaviləsindən ayrıldıqdan sonra İran iqtisadiyyatı olduqca zəyiflədi”. 

Azadinform xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. O qeyd edib ki, İran bunu etməlidir: “Mənə zəng etsinlər. Oturub danışaq və ədalətli bir razılaşma əldə edək. İranın nüvə silahına malik olmasını istəmirik. Bizim onlardan tələbimiz sadəcə budur. Çox şey istəmirik. Bu, onları yenidən yaxşı bir mövqeyə gətirə bilər. İrana zərər vermək istəmirik”. 

ABŞ lideri vurğulayıb ki, əgər İran ABŞ-ın təsdiqləyəcəyi bir müqaviləyə imza atsa, o zaman bu ölkəyə iqtisadi sahədə də köməklik göstərməyə hazırıq. 

10.05.2019 11:35 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo