Bakıda kriminal avtoriteti öldürən şəxs tutuldu

AZADİNFORM. Bakıda "kriminal avtoritet"i qətlə yetirən şəxs saxlanılıb.

Binəqədi Rayon Prokurorluğundan Azadinform-a verilən məlumata görə, hadisə Binəqədi rayonu, İ.Haşımov küçəsi 8 ünvanında baş verib.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu Masallı rayonunda anadan olmuş, Binəqədi rayonu, İsrafil Haşımov küçəsi ev 8, mənzil 56-da yaşayan, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu aralarında yaranmış mübahisə nəticəsində yaşadığı binanın qarşısında bıçaqla qətlə yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. H.Tağıyev şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, qətlə yetirilən Emil Səfərov kriminal aləmdə "Emil-444" ləqəbi ilə tanınırmış.

10.05.2019 09:30 / Baxılıb: 144 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo