İsrafil Hüseynov gəmisinin borudüzmə zonasında qəza baş verib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnoloji avadanlıqların birində qəza baş verib.

QSC-nin mətbuat katibliyindən bildirilib ki, gəmi ilə davamlı əlaqə saxlanılır. Heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələri çalışırlar. (azərtac)

8.05.2019 23:43 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo