Zviad Dzidziquri: Sizin Prezidentiniz çox güclü liderdir

Ləman Hüseynzadə / AZADİNFORM. Bu gün Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstan parlamentinin ölkəmizdə səfərdə olan Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüşüblər.

Azadinform xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb. 

Görüşdə ölkələrimiz arasındakı münasibətlərdən söz açan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov, müstəqillik dövründə əlaqələrimizin müsbət məcrada inkişaf etdiyini söyləyib: “Azərbaycanla Gürcüstanın dövlət rəsmiləri və parlamentarilər arasında intensivləşən görüşlər, qarşılıqlı səfərlər müsbət nəticələr verir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyəti var. Bölgədə həyata keçirilən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi bir sıra qlobal layihələr regionun inkişafına böyük töhfələr verir. Çoxşaxəli əməkdaşlığın möhkəmlənməsində parlamentlərarası əlaqələr mühüm rol oynayır”.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri isə ölkəmizlə əlaqələrin daha sıx və möhkəm olmasını arzuladıqlarını bildirib: “Ticarət, turizm, sənaye və digər sahələrdə əməkdaşlığı hər zaman dəstəkləyirik. Azərbaycanın qazandığı nailiyyətlərdə dövlət başçısının xüsusi rolu var. Sizin çox güclü Prezidentiniz var. O, çox güclü liderdir”. 

Görüşdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Rasim Musabəyov, Flora Qasımova çıxış edərək gürcü həmkarlarının diqqətini bir sıra vacib məsələlərə yönəldiblər. Qarabağ müharibəsində qətllər törətmiş erməni terrorçu, separatçı Mixail Avakyana Gürcüstanda qoyulmuş abidə ilə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığını Gürcüstan deputatlarının diqqətinə çatdırıblar.

8.05.2019 17:40 / Baxılıb: 122 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo