İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik

Samir Soltanov/AZADİNFORM. “İranın nüvə proqramını davam etdirmək niyyətində olduğunu eşitdim. Biz İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik”. 

Azadinform xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu bildirib. O qeyd edib ki, bizi öldürmək istəyənlərlə savaşmağa davam edəcəyik.

Qeyd edək ki, bu gün İranın Milli Təhlükəsizlik Təşkilatı ABŞ-ın nüvə müqaviləsindən tək tərəfli çəkilməsinə qarşılıq olaraq razılaşmadakı bəzi öhdəlikləri təxirə saldıqlarını bildirib. 

8.05.2019 13:45 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo