Ermənistan ərazisi təhlükəli dərəcədə boşalıb erməni deputat

Ermənistan strateji təhlükəli dərəcədə boşalıb.

Azadinform trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin deputatı Arman Babacanyan danışıb.

O bildirib ki, insanların ölkəni kütləvi tərk etdiyi bir vaxtda, həyat keyfiyyətinin yaxşılaşmasından danışmaq çətindir: “Hakimiyyət dəyişikliyindən sonra ölkədə bir çox problemlər qalmaqdadır və bu da insanları ölkədə getməyə vadar edir. Miqrasiya “qeyri-real müharibə”dir və ölkənin zəifləməsinə gətirib çıxaran real müharibəyə çevrilə bilər”.

Statistik məlumatlara əsasən, 2019-cu il aprelin 1-dək Ermənistan əhalisi 2,962 milyon nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 min nəfər azdır.

8.05.2019 12:37 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo