Eşitmə aparatları insan beyninə nəzarət edəcək

Stenford Universitetinin mütəxəssisləri insan beyninə nəzarət edəcək xüsusi eşitmə qurğuları hazırlayıblar.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, tərtibatçıların sözlərinə görə, innovativ eşitmə qurğuları diqqəti konkret səs və ya söhbətlərə yönəltməyə, qulaqlarda səs-küyün aradan qaldırılması üçün baş-beyinin aktivliyinə nəzarətə kömək edəcək. Universitet neyrobioloqları qeyd edir ki, texnologiya süni və bioloji intellekt arasında sərhədi aradan qaldıraraq düşüncə proseslərinin imkanlarını genişləndirir və əsəb sisteminin vəziyyətinə nəzarət edir. Bu halda qulaq USB portun bioloji ekvivalenti qismində çıxış edərək lazımi komandalardan ibarət səs yazılarını birbaşa beyinə ötürür.

Alimlərin sözlərinə görə, dünyanın müxtəlif tədqiqat qruplarının nail olduğu uğurlara əsaslanaraq daşınan eşitmə kompüter interfeysləri texnologiyası 5 il ərzində hazır ola bilər. Aparatlar istifadəçilərə diqqəti lazımi səsləri eşitməyə yönəltməklə yanaşı, stresə səbəb olan səsləri ləğv etməyə və ya boğmağa imkan verəcək.

7.05.2019 22:46 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo