Eurovision 2019: dəstək heyəti İsrailə yola düşdü

AZADİNFORM. İctimai Televiziya və Radio Yayımları Şirkətinin bir qrup əməkdaşı, eləcə də Milli Təşkilat Komitəsinin bəzi üzvləri “Eurovision 2019” mahnı müsabiqəsində iştirak etmək üçün Təl-Əvivə yola düşüblər.

Azadinform-un məlumatına görə, nümayəndə heyəti üzvləri qələbə arzusu ilə yola çıxdıqlarını bildiriblər.

Dəstək heyəti İsrailə Azərbaycanın milli-mədəni dəyələrini, tarixini, turizmini əks etdirən müxtəlif maarifləndirici materiallardan ibarət hədiyyələr də aparıblar.

Qeyd edək ki, əsas məşqlərə start verən təmsilçimiz Çingiz Mustafayev “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalında 18-ci nömrə altında səhnədə yer alacaq. Bu turda ölkəmizlə birgə, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya və İsveçrədən olan ifaçılar da çıxış edəcəklər.

Yarışmanın yarımfinal mərhələləri Təl-Əvivin Sərgi Mərkəzində mayın 14-ü və 16-da, finalı isə mayın 18-də reallaşacaq.

1956-cı ildən Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi dünyanın ən uzun ömürlü musiqi yarışması kimi Ginnesin Rekordlar Kitabına düşüb. Azərbaycan bu müsabiqədə 2006-cı ildən iştirak edir.

7.05.2019 16:52 / Baxılıb: 302 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo