31 ildir fasiləsiz oruc tutur

Aygün Nəbiyeva / AZADİNFORM. Türkiyədə yaşayan Osman Ay artıq 31 ildir ki, fasiləsiz oruc tutduğunu bildirib.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, Osman Ay yalnız Ramazan Bayramının ilk günü və Qurban Bayramının 4 gününü oruc tutmur. O, bildirib ki, 31 ildir xəstələnmir: “Artıq 34 ildir ki, özümə aid olan marketi işlədirəm və bu müddətdə oruc tuturam. Heç vaxt xəstələnməmişəm. Əvvəllər hər il Ramazanda, üç ay oruc tuturdum. Sonra gördüm ki, səhhətimdə, sağlamlığımda heç bir problem yaratmır, ömürlük tutmağa qərar verdim. Əslində, heç bu qədər tuta biləcəyimi düşünmürdüm. Amma Allah böyükdür. Uzun, isti günləri heç bilmirəm necə keçirirəm. Məni belə görən insanlar təəccüblənir. Hamı mənə “oruc tutan adam” deyir. İnsan özünün həkimi olmalıdır. Allah insana daşıya bilməyəcəyi yükü verməz. Məhəmməd Peyğəmbər (s) də “oruc tutun” deyir. İnsanın bədəninin zəkatı da orucdur. Mən hər gün sübhdən gəlib, axşama qədər marketdə işləyirəm. Özümü çox yaxşı hiss edirəm. Heç tətil, istirahət günüm də olmur. Bütün insanlara deyirəm ki, maddi nemətlərlə yox, mənəvi qidalarla özünüzü doyurun. Hər şeyin normadan artığı ziyandır”.

6.05.2019 14:00 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo