Qulağındakı tükləri yandırmaq istədi Faciə yaşandı

Samir Soltanov/AZADİNFORM. Türkiyənin Bursa şəhərində bir ailədə faciə yaşanıb. 

Azadinform xəbər verir ki, evin xanımı 65 yaşlı Əminə A. 5 il öncə iflic olan həyat yoldaşı Əhməd A-nın saçlarını kəsib və daha sonra spirt ilə qulağındakı tükləri yandırmaq istəyib. Bir anda kişinin saçları alışmağa başlayıb. Əminə alovları söndürmək üçün su axtararkən, bu zaman kişinin yatağı da tutuşub. Yanan ərinə müdaxilə edən Əminənin üzü və qolları da yanıb. 

Qışqırıqları eşidən qonşular evin qapısını qıraraq yanğını söndürə biliblər. Bədənin 80%-i yanan Əhməd A. Xəstəxanaya çatdırılıb.  

4.05.2019 12:35 / Baxılıb: 145 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo