Ulduz jurnalı Nəsimiyə xüsusi buraxılış həsr edib

Aygün Nəbiyeva / AZADİNFORM. Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Ulduz” jurnalının dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş xüsusi nömrəsinin və İ.Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Ulduz” jurnalı və “Vektor” Beynəlxalq Elmlər Akademiyasının birgə keçirdiyi poeziya müsabiqəsi qaliblərinə mükafatların təqdimatı keçirilib.

Azadinform xəbər verir ki, təqdimatda yazıçılar, ictimaiyyət və media nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən “Ulduz” dərgisinin baş redaktoru, tanınmış şair Qulu Ağsəs bildirib ki, jurnalın xüsusi buraxılışında Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq sərəncamı, Nəsiminin şeirləri və şair haqqında əməkdar elm xadimi Kamran Əliyev, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova, yazıçı Anar, professor Rahid Ulusel və digərlərinin yazıları dərc olunub. Bundan başqa, jurnalın sonuncu buraxılışında xalq rəssamı Arif Hüseynovun İmadəddin Nəsimiyə həsr edilmiş illüstrasiyaları da yer alıb. Qeyd edilib ki, bu gün Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunda bütün işlərin əsasında Nəsimi poeziyasına istinad var. Ona görə ki, ədəbi dilimizin əsası Nəsimi şeirlərinin ilə səsləşir. 

Daha sonra tədbir poeziya müsabiqəsi qaliblərinin mükafatlandırılması ilə başa çatıb.

2.05.2019 17:20 / Baxılıb: 136 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo