Dedi-qodu edənlər cərimələnəcək

Samir Soltanov/AZADİNFORM. Filippinin paytaxtı Manilanın şimalında yerləşən Binolonan qəsəbəsində dedi-qodu etmək qadağan olunub. 

Azadinform xəbər verir ki, qəsəbənin bələdiyyə sədri Roman Quiso dedi-qodu səbəbi ilə tez-tez insanlar arasında davaların düşdüyünü bildirib: “Buna görə də, bələdiyyə məclisi belə bir qadağanın tətbiq olunmasına qərar verib. Dedi-qodunun müxtəlif növləri olur. Ancaq, burada əsasən mülk, pul və münasibətlər haqqında dedi-qodu edilirdi. Artıq dedi-qodu edərkən və ya başqalarına böhtan atarkən tutulan şəxslər 200 Filippin pesosu (6,57 AZN) məbləğində cərimə ediləcək. Həmçinin, 3 saat zibilləri yığma cəzası veriləcək. Həmin insanlar ikinci dəfə dedi-qodu edərkən tutularsa, 1000 Filippin pesosu (32,87) məbləğində cərimələnəcək və ya 8 saat məişət xidməti göstərəcək”.

2.05.2019 11:40 / Baxılıb: 198 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo