Tailandın yeni kraliçası budur FOTO

Aygün Nəbiyeva / AZADİNFORM. Tailand kralı Maha Vajiralonqkorn ordu generalı Suthida Vajiralonqkorn na Ayudhya ilə evləndiyini, Suthidanı ölkənin kraliçası olaraq elan etdiyini bildirdi.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, nikahın qaydalara və kral adət-ənənəsinə uyğun olaraq həyata keçirildiyini və kraliça Suthidanın bundan sonra krallıq ailəsinə mənsub bütün haqlara sahib olduğu ifadə edilib.

Yayılan xəbərlərə görə, nikah mərasimi paytaxt Banqkokdakı Dusit Sarayında baş tutub. Kraliça Suthida, 2016-cı ildə taxta çıxan Kral Maha Vajiralonqkornun dördüncü həyat yoldaşıdır.

2.05.2019 10:48 / Baxılıb: 164 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo