Nəsimi ilə bağlı müsabiqə bitdi: qalibləri instaqramda seçdilər

AZADİNFORM. Azərbaycanın dahi şairi və və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinə yekun vurulub.

Bu barədə Azadinform-a nazirlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, müsabiqə iştirakçılarının Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərləri nazirliyin (sosial.gov.az)  #Instagram səhifəsində yerləşdirilib. Əvvəlcədən də elan olunan müsabiqə şərtinə uyğun olaraq, qalibləri Instagram istifadəçiləri özləri müəyyən ediblər.

Beləliklə, “instagram” istifadəçiləri təqdim olunan 14 rəsm əsərinə münasibətlərini bildiriblər və həmin rəsmlərdən ən çox bəyənilən 3 rəsm müəyyən olunub. Müəlliflər, sağlamlıq imkanları məhdud gənclər - Qorxmaz Mustafayev (I yer), Asif Qasımov(II yer) və  Nisə Cəfərovadır (III yer).

1.05.2019 12:56 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo