Zukerberq yuxu qutusu icad etdi

Aygün Nəbiyeva / AZADİNFORM. “Facebook”un yaradıcısı Mark Zukerberq (Mark Zuckerberg) qızları Max və Augustun anası, həyat yoldaşı Priscilla Chanın rahat yatması üçün “yuxu qutusu” icad edib.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, bu barədə Zukerberq özü danışıb.

Onun sözlərinə görə, həyat yoldaşı gecə oyandıqda uşaqların qalxmasına nə qədər qaldığını öyrənmək üçün saata baxırmış: “Erkən oyandıqda isə stressə girdiyi üçün yata bilmirdi. Bu qutu uşaqların oyanma vaxtında azca işıq verir. Priscilla oyandıqda işığı görərək qalxır. Beləliklə, saat stressinə girmir”, - deyə Mark bildirib.

1.05.2019 12:35 / Baxılıb: 198 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo