Yük maşını hərəkət zamanı yanaraq külə dönüb - Video

Samir Soltanov/AZADİNFORM. Türkiyənin Adana şəhərində magistral yolda yük maşını hərəkət vəziyyətində olarkən ani şəkildə yanıb. 

Azadinform xəbər verir ki, soğan daşıyan yük maşınının yolda hərəkət edərkən arxa təkəri partlayıb. Partlayış zamanı yanğın çıxıb. Təxminən 10 metr sonra maşını saxlayan sürücü ölümdən son anda qurtulub. Yanğınsöndürənlərin səylərinə baxmayaraq yük maşını külə dönüb. Baş vermiş hadisəni arxadan gələn avtomobildəki sərnişin mobil telefon vasitəsilə lentə alıb. 


29.04.2019 13:00 / Baxılıb: 139 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo