Putin Şimali Koreya liderinin hədiyyəsini 1 rubla aldı

Aygün Nəbiyeva / AZADİNFORM. Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri zamanı liderlər arasındakı hədiyyə təqdimatı maraqlı anlarla yadda qalıb.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Rusiya lideri Putinə xüsusi olaraq hazırlanmış qılınc hədiyyə edib. Putin qılınca baxdıqdan sonra, hədiyyə almağın ənənələrə zidd olduğunu bildirərək, qılıncın əvəzində Şimali Koreya liderinə 1 rubl ödəyib.

Bildirilir ki, Putinin hədiyyə almamasının səbəbi yüz illərdir davam edən ənənədir. Belə ki, rus ənənələrinə görə, liderlərin hədiyyə qəbul etməsi uğursuzluq gətirir. Bu səbəbdən də heç bir Rusiya lideri hədiyyə qəbul etmir. Daha əvvəl də ona təqdim edilən hədiyyəni qəbul etməyən Putin, liderlərə simvolik ödəmə edib.

26.04.2019 11:10 / Baxılıb: 231 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo