21 il sonra edam edildi

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın Texas əyalətində 21 il öncə cinayət törədən məhkum edam edilib. 

Azadinform xəbər verir ki, 1998-ci ildə cinayət törətdiyi üçün həbs edilən 44 yaşlı Con Villiam Kinq adlı məhkum Hanstvill şəhərindəki həbsxanada zəhərli iynə ilə öldürülüb. Məlumata görə, Kinq qaradərili şəxsi qətlə yetirdiyi üçün həbs edilmişdi. Bildirilir ki, Kinq 3 dostu ilə birlikdə həmin qaradərilini yük maşınının arxasına bağlayaraq vücudu parçalanana qədər 3 kilometr sürüyüblər. 

Qeyd edək ki, cinayətkarlardan biri 2011-ci ildə edam edilib. Digərləri isə hələ də həbsxanada cəzasını çəkir. 

Xatırladaq ki, ötən il Texas əyalətində 13 nəfər edam edilib. 

25.04.2019 14:15 / Baxılıb: 144 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo