Övladlığagötürmə ilə bağlı yeni tələblər nəzərdə tutulur

AZADİNFORM. Prezident cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər davam etdirilir. 

Bu barədə Azadinform-a nazirlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, ƏƏSMN-in işçi qrupu tərəfindən mütərəqqi dünya təcrübəsi də nəzərə alınmaqla hazırlanmaqda olan yeni idarəetmə modelində prioritetlərdən biri - övladlığa götürülən uşaqların maraq və mənafelərinin, gələcək layiqli həyat şəraitinin təminatıdır.

Bu əsasda uşaqları övladlığa götürmək istəyən valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də yeni modeldə əksini tapacaq.  Eyni zamanda, uşaqların övladlığagötürmə prosesində razılıq və fikirlərinin nəzərə alınması, valideyn-namizədlə onun övladlığa götürmək istədiyi uşaqla yaş fərqinə dair daha təkmil yanaşmanın tətbiqi, uşağın valideyn-namizədin evində sınaq müddətinə yerləşdirilməsi və s. nəzərdə tutulur.  

Xatırladaq ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları”nın layihəsi artıq hazırlanıb və layihə üzərində təkmilləşdirmə işləri aparılır.

24.04.2019 18:32 / Baxılıb: 127 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo