Çin ilə münasibətlərin inkişafı Azərbaycanın maraqlarına uyğundur

Ləman Hüseynzadə / AZADİNFORM. “Azərbaycan öz iqtisadi əlaqələrini bir neçə istiqamətdə inkişaf etdirir. Eyni zamanda dünyanın ən güclü iqtisadiyyatına sahib dövlətlərdən biri olan Çin ilə münasibətləri inkişaf etdirmək Azərbaycanın maraqlarına uyğundur”.

Bunu Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan-Çin münasibətlərindən danışarkən deyib.

Millət vəkili hesab edir ki, Azərbaycanın yaratdığı nəqliyyat dəhlizi sistemi Çin tərəfindən də uğurla istifadə oluna bilər: “Çinin Avropa, hətta Şimalla nəqliyyat dəhlizi sistemində Azərbaycanın vasitəsilə iştirakı mümkündür. Düşünürəm ki, bu sahələrdə bizim əməkdaşlığımız daha da genişlənə bilər və Prezident İlham Əliyevin beynəlxalq konfransda iştirakı, ümumilikdə Çinə səfəri bunun üçün real bir imkan yaradacaq”.

24.04.2019 11:42 / Baxılıb: 177 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo