Şri-Lankada növbəti partlayış olub

Samir Soltanov/AZADİNFORM. Şri-Lankanın paytaxtı Kolomboda yenidən partlayış səsləri eşidilib. 

Azadinform xəbər verir ki, partlayış şəhərdəki bir kinoteatr yaxınlığında baş verib. Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, kinoteatr yaxınlığında yerləşən şübhəli bir motosiklet nəzarətli şəkildə məhv edilib. 

Xatırladaq ki, bir neçə gün öncə Şri-Lankada otel və kilsələrdə terror hadisəsi törədilib. Terror hücumu nəticəsində bu günə qədər 359 nəfər həyatını itirib. 

24.04.2019 10:30 / Baxılıb: 151 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo