Çavuşoğlu S-400 komplekslərinin Azərbaycana verilməsi barədə danışıb

Türkiyə Rusiyadan tədarük edilən S-400 zenit-raket komplekslərini Azərbaycan və Qətərə vermək niyyətində deyil.

Azadinform trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu qeyd edib ki, S-400-ü Azərbaycan və yaxud Qətərdə yerləşdirmək barədə söhbət yoxdur: "Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb. Bu məlumat KİV-lər tərəfindən hər zaman müzakirə olunur. Əslində məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş imzalamışıq və hazırda çatdırılma müddətlərini müzakirə edirik".

XİN rəhbəri onu da deyib ki, əgər Rusiya kompleksləri Azərbaycana satmaq istəsə, o bunu birbaşa, vasitəçisiz edər: "Üstəlik, bu ölkələrin yaxşı münasibətləri var".

24.04.2019 08:35 / Baxılıb: 291 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo