Ərdoğan HDP-çilərə qəzəbləndi və parlamenti tərk etdi

TBMM-də rəsmi qəbul keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstiqlal marşını oxumayan HDP-çi deputatlara qəzəblənib.
Azadinform xəbər verir ki, HDP həmsədri Pərvin Buldan çıxışına başlayan zaman Prezident TBMM-in iclas zalını tərk edib.
Parlamentin salonunda jurnalistin “Tez gedirsiniz?” sualına dövlət başçısı belə cavab verib:
“Necə getməyək? İstiqlal marşını parlamentdə oxumayanları dinləyək? Mənim məhmədciklərimi şəhid edənləri dinləyək? Onlarla qol-qola gəzənləri, çiyin-çiyinə olanları dinləyək? Əgər sizlər də buna normal yanaşırsınıza, deyəcək sözüm yoxdur artıq... Amma mənim nə vicdanım, nə xarakterim, nə də bu torpaq altında yatan şəhidlərin ruhu bu münasibəti qəbul edər. Ona görə də onları dinləyə bilmərəm”.
23.04.2019 23:43 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo