Bu brauzerdə təhlükəli boşluq aşkar edilib

“Windows 10” əməliyyat sistemində aşkar edilmiş boşluq hakerlərə sərt diskdə saxlanılan fayllara məsafədən müdaxilə etməyə imkan verir. Bu, istifadəçilərin “Microsoft Edge” brauzerində zərərverici faylı işə salması nəticəsində mümkün olur. 
Azadinform xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik üzrə mütəxəssis Con Peyc ilk öncə “Microsoft”un “Internet Explorer 11” brauzerində aşkar edilmiş boşluq haqda məlumat vermişdi. Bu boşluğun köməyi ilə “Windows” sisteminin fayllarına müdaxilə mümkün idi. “Qurban” poçt və ya messencerlə göndərilmiş faylları açarkən hücum reallaşırdı.

Bundan sonra “ACROS Security” şirkətinin mütəxəssisi aşkar edib ki, sözügedən boşluq yalnız köhnə “Internet Explorer”də deyil, həm də daha müasir “Edge” brauzerində mövcuddur. Yeni brauzer, həmçinin zərərverici faylın işə salmaq icazəsini özündə saxlayır və beləliklə, istifadəçilər təhlükə altındadır.
23.04.2019 22:32 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo