Azərbaycanda yeni zavod tikiləcək

Azərbaycanda 2022-ci ilədək qaz emalı zavodu tikmək planlaşdırılır.

Bunu “BM Morison Partners”in idarəedici tərəfdaşı Ayxan Əsədov SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.

Onun sözlərinə görə, layihələndirmə-mühəndis işləri artıq başa çatıb, bu il zavodun tikintisinə başlamaq nəzərdə tutulur.

A.Əsədov qeyd edib ki, Azərbaycanda daha əvvəl vahid neft-qaz emalı kompleksi tikmək planlaşdırılsa da, neft qiymətlərinin azalması ilə əlaqədar plan dəyişdi:

“Layihəni 2017-2020-ci illərdə reallaşdırmaq nəzərdə tutulurdu. Kompleks dörd hissədən ibarət olmalı idi – qaz emalı zavodu, neft emalı zavodu, neft-kimya zavodu və elektrik stansiyası”.

O bildirib ki, əsas dəyişikliklər neft emalı sahəsində qeydə alınıb. Yeni zavodun tikintisi əvəzinə diqqət Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsinə ayrılıb:

“2020-ci ilin noyabrına kimi zavodda 3,3 milyon ton dizel, 2021-ci ilin fevralınadək isə 2,2 milyon ton benzin istehsal etmək planlaşdırılır”. (trend)

23.04.2019 20:54 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo