Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub Fotolar

Samir Soltanov/AZADİNFORM. Aprelin 23-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı tədbir keçirilib. 

Azadinform xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək bu gün Türkiyə Böyük Millət Məclisinin 99-cu ildönümünün qeyd olunduğunu vurğulayıb. TBMM 1920-ci il aprelin 23-də Ankarada fəaliyyətə başlayıb. Bu tarix həm də Uşaq Bayramı Günü kimi hər il təntənəli şəkildə qeyd olunur. Səfir bildirib: “Bu çox sevindirici haldır ki, bu gün Türkiyəyə məxsus bayramı məhz Azərbaycanda türkiyəli və azərbaycanlı uşaqlarla birlikdə qeyd edirik. Bu bayram müstəqil və demokratik Türkiyə üçün çox önəmli bir bayramdır”. 

Türkiyə səfirliyinin təhsil müşaviri Mahmud Əyirməndə bu günü tarixi önəmini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu, tarixi əhəmiyyət kəsb edən böyük bayramdır. “Türkiyə dünyada yeganə ölkədir ki, 23 aprel tarixi Uşaq Bayramı Günü kimi qeyd edilir. Mustafa Kamal Atatürkün öz çıxışlarında “Türkiyənin gələcəyi uşaqlardan asılıdır” deməsi bu bayramın dövlət üçün əhəmiyyətli olduğunu göstərir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də hər zaman söyləyirdi ki, Azərbaycanın gələcəyi sabahın gəncləri hesab olunan uşaqların əlində olacaq”,- deyə nazir müavini vurğulayıb.

Firudin Qurbanov bildirib ki, 99 il ərzində Türkiyə böyük inkişaf yolu keçib. Qardaş Türkiyə dünyada çox güclü bir dövlət kimi özünü təsdiq edib. Azərbaycan-Türkiyə qardaşlığında bəhs edən nazir müavini əlavə edib ki, ölkələrimiz xoş və çətin günlərdə daim bir-birlərinin yanındadırlar.

23.04.2019 18:43 / Baxılıb: 126 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
27.05.2019
26.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo