Həbsdəki tanışı üçün heroin keçirmək istədi

Samir Soltanov/AZADİNFORM. Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. 

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a bildirilib ki, Cinayət Məcəlləsinin 221.2 -ci maddəsinə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səmədov Cavid İnqilab oğluna Bakı şəhər sakini Əliyev Elgün Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan paltarın belindəki rezinə xüsusi üsulla hopdurulmuş 0,425 qram heroin aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

23.04.2019 18:32 / Baxılıb: 121 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo