Prezident Azərbaycanla YUNESKO arasında imzalanmış Sazişi təsdiqləyib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb. 

Azadinform xəbər verir ki, saziş 2019-cu il martın 27-də Paris şəhərində imzalanıb. 

Bu fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. 

Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə YUNESKO-ya bildiriş göndərmək tapşırılıb.

23.04.2019 16:50 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo